Şairə Nigar Həsənzadənin poeziya axşamı keçirilib
Mülk sahibinin xəbəri olmadan sökülüb
Rüfət Səfərovun həbs müddəti uzadıldı
“Georgi lenti“li Saleh Səmədov həbs edilib
Sabah 31-36° isti olacaq
Qardaş bacısının boğazını kəsdi
Son 24 saat: Ruslar 1250 əsgər itirib
BMT işçilərini 20% ixtisar edəcək
Rusiya Zaporojjyaya raket atdı: 1 uşaq öldü
Vasif Talıbovun səhhəti pisləşdi


16.03.2023  15:18 

Rüşvətə görə həbs olunan polkovnikin cəzası azaldıldı





A+  A-

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin sabiq rəisi, polkovnik Rövşən Babayev barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Qərara əsasən, Rövşən Babayevə əvvəl təyin olunmuş 4 həbs cəzası 3 ilə endirilib.
Qeyd edək ki, Rövşən Babayev və onunla birgə ittiham olunan şəxslər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İttihama görə, Rövşən Babayev 2016-2019-cu illərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin rəisi işləyərkən həmin idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Yaşar Hüseynov, habelə Bakı şəhəri 3 nömrəli Şəhər Klinik Xəstəxanasının tibb işçiləri və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 nəfər çağırışçının hərbi xidmətə cəlb edilməməsi üçün ümumilikdə onlardan 22 min 800 manat pulu rüşvət qismində tələb edib.

Rövşən Babayev, Yaşar Hüseynov və digərləri barəsində Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2-ci (rüşvət alma-təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rövşən Babayevə 4 il, Yaşar Hüseynova 3 il həbs, digər təqsirləndirilən şəxslərə isə sınaq müddəti seçilməklə şərti cəza verilib./APA

Xəbər 954 dəfə oxunub.



31.05.2025  13:13 

Sabah 31-36° isti olacaq

30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +