“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


25.08.2017  11:31 

“Qarabağ”ın qələbəsi füzulililərə böyük zəfər hissi bəxş edib





A+  A-

“Qarabağ” futbol klubunun Azərbaycan futbol tarixində tarixi nailiyyət qazanaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da böyük sevinclə qarşılanıb, füzulililərə böyük zəfər hissi bəxş edib.
XəzərNews.az-a verilən məlumata görə, füzulililər üçün bu tarixi qələbə, həm də ona görə önəmlidir ki, işğal altında olan bölgəni təmsil edən “Qarabağ” futbol klubu bu qələbəni Füzuli və Cəbrayıl rayonlarının işğalı günü qazanıb.
Füzulililər “Qarabağ”ın qazandığı tarixi zəfəri Prezident İlham Əliyevin idmana olan diqqət və qayğısı kimi qiymətləndirilər. Bildirirlər ki, bütün sahələrdə olduğu kimi İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda idman, ən əsası isə futbol inkişaf edir. Bunun bariz nümunəsi isə “Qarabağ” futbol klubunun son illər Avroliqada, ən nəhayət isə Danimarkanın Kopenhagen klubunu iki oyunun nəticəsinə görə üstələyərək Çempionlar Liqasının qruplarına vəsiqə qazanmasıdır.
Füzulililər üçün “Qarabağ” Futbol Klubunun qazandığı zəfərinin həm də siyasi əhəmiyyəti vardır. Çünki “Qarabağ”ın bu zəfəri, milyonların izlədiyi Çempionlar Liqası kimi mötəbər futbol turnirində iştirakı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı Ermənistana qarşı aparılan informasiya müharibəsinə də böyük töhfə verəcəkdir. Milyonların izlədiyi futbol Azərbaycan həqiqətlərinin, o cümlədən işğal altında olan torpaqlarımızın təbliği baxımından dünyaya mesaj olacaqdır.
Füzulililər inanırlar ki, “Qarabağ”ın futbol meydanında qazandığı tarixi qələbənin davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımız da tezliklə azad olunacaqdır. Rayon sakinləri məhz bu inamla, bu ümidlə yaşayır və işləyirlər.

Elçin
XəzərNews.az


Xəbər 1543 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +