Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


21.02.2017  15:46 

“Soruşurlar ki, Mehriban xanım ölkənin rəhbəri ola bilərmi?..” - Zahid Oruc





A+  A-

"Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması idarəçilik həyatımız üçün çox mühüm siyasi qərardır”.
XəzərNews.az xəbər verir ki, bunu BakıPost.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Deputat hesab edir ki, bu, cəmiyyətimizin gözləntilərinə tamamilə adekvatdır: "Nəzərə alsaq ki, referendumdan sonra ictimai yerlərdə, mediada aparılan təhlillər zamanı kimlərin bu yerə layiq olduğu haqda çoxlu diskussiyalar gedirdi. Hamı razılaşar ki, Mehriban Əliyevanın adı birinci idi və bunun əsaları vardı. Çünki ötən dövr ərzində ölkənin birinci xanımının ölkə miqyasından kənarda və Azərbaycan daxilində gördüyü işlər kifayət qədər böyük idi.

Əslində, birinci ledilik fenomeni qərb üsul idarəsinin, yəni qərb dövlətlərinin həyatında özünü göstərən bir fenomen və ya bir hadisədir. Amma bunu da nəzərə almaq lazımdır ki, o ölkələrin həyatında bəzən birinci ledilik yalnız həyat yoldaşı olmaq funksiyasından kənara çıxmır. Mühüm humanitar, ictimai, mədəni missiyanın üzərinə götürmək, o yükü daşımaq, cəmiyyətin istəklərinə uyğun addımlar atmaq həqiqətən də hər şəxsin işi olmur.

Azərbaycanın tarixində, taleyində, həyatında Mehriban xanıma kimi, ümumiyyətlə bu institutu reallaşdıran, o işi fəaliyyətə keçirən şəxs də olmamışdır. Ulu öndərin Zərifə xanımı erkən itirməsi səbəbindən, ona qədər ki, müstəqillik dövründəki prezidentlərdə bu fəaliyyəti həyata keçirən insan olmadığı üçün yalnız Mehriban xanımın timsalında Azərbaycan cəmiyyəti bu fəaliyyəti görə bilmişdir.

Millət vəkili kimi, həmçinin birinci xanım olaraq Azərbaycanın daxili həyatında Mehriban xanım mühüm yer tutdu. Bu fəaliyyəti həyata keçirən zaman ölkə başçısını sadəcə tamamladı. Harada sərhədlər itibsə o məqamları gözlədi. Həmçinin xarici məkanda Azərbaycanın mədəni siyasəti və humanitar işləri ilə ölkəmizin maraqlarının lehinə işlədi”.

Zahid Oruc bildirib ki, Mehriban xanım Heydər Əliyevin məktəbini keçmiş kadrdır: "Bu mənada o, idarəçilik üçün püxtələşmiş, hazırlanmış adamdır. Cəmiyyətin də mühüm istəkləri var. 2017-ci il dönəmində ölkənin sosial iqtisadi həyatında, maliyyə bank sektorunda, sahibkarların fəaliyyətində və s. müxtəlif dəyişikliklər və islahatlar davam etdirilməkdədir. Gözləntilər çoxdur. Bu mənada birinci vitse-prezidentin təyin olunması idarəçilik həyatına mühüm yeniliklər gətirməklə hökumətin bir tərəfdən islahatlar vasitəsi ilə strukturun daha da optimallaşmasına gətirəcək, digər tərəfdən isə hakimiyyət qolları ilə dövlət başçısı arasında daha harmonik münasibətlərə şərait yaradacaq.

Açıq demək lazımdır, bir çox media mənsubları bizdən soruşurlar ki, Mehriban xanım gələcəkdə ölkənin rəhbəri ola bilərmi? Zənn edirəm ki, bunu xoş məramla düşünən, istəyən insanlar da yetərincə olacaq. Yaxud bunu başqa mənada Azərbaycan dövlət dəyişiklik sistemində parçalanmanı görmək istəyən siyasi mübarizələrə şahidlik etməyə çalışan qüvvələr də bu məsələləri ortaya gətirəcək. Amma bilmək lazımdır ki, İlham Əliyevin liderliyi altında ölkə böyük bir inkişaf yolunu keçməkdədir.

Bu gün də cəmiyyətin, bütövlükdə Azərbaycan dövlətinin bölgədə ümum çağırışlar qarşısında olduğunu qətiyyətlə danmaq mümkün deyil. Belə olan təqdirdə əminəm ki, İlham Əliyevin liderliyi davam edəcək. Amma vitse-prezidentlər institutu ölkədə cəmiyyət qarşısında hökumətin fəaliyyətini, xüsusilə də daha yaxşı səviyyədə qurmaqçün önəmli bir addıma çevriləcək”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.

Xəbər 3223 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +