Məktəb direktorları 150 minlik maşınları necə alır?
14 tibb bacısı eyni anda hamilə qaldı
Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib


29.03.2024  09:49 

Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər





A+  A-

Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Parlamentlərarası İttifaqın (PAİ) vasitəçiliyi ilə mayın ortalarında görüşün keçirilməsi barədə razılığa gəliblər.

Xəzərnews.az xəbər verir ki, bu barədə A.Simonyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.

"Parlament səviyyəsində təmasların başlanması barədə qərar qəbul edilib və ilkin razılığa əsasən, görüş mayın ortalarında baş tutacaq", - erməni spiker bildirib.

O, əlavə edib ki, Milli Məclisin sədri Sahibə Qafarova ilə əvvəlki görüş konstruktiv şəraitdə keçib.

Xatırladaq ki, Qafarova və Simonyan martın 22-də Cenevrədə Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində görüşüblər. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə iki ölkə parlamentlərinin mümkün yardımı məsələləri müzakirə edilib. Tərəflər həmçinin parlamentlərarası səviyyədə dialoqun mümkünlüyünü nəzərdən keçirmək barədə razılığa gəliblər./Report

Xəbər 4182 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +