Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


22.08.2023  16:36 

Norveçin neft şirkəti Azərbaycanı tərk edir





A+  A-

Norveçin neft şirkəti “Equinor” Azərbaycandakı 1 milyard dollar dəyərindəki aktivlərinin potensial satışını araşdırır.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşr bildirir ki, “Equinor” şirkəti BP-nin idarə etdiyi Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağında 7%-lik paya malik olan Azərbaycandakı əməliyyatlarının satışını araşdırması üçün maliyyə məsləhətçisi “Jefferies”i cəlb edib.

Qeyd olunur ki, AÇG ölkənin ən böyük neft yatağıdır və digər maraqlı tərəflərə dövlətə məxsus SOCAR, ABŞ-ın supermajor “ExxonMobil” və Yaponiyanın “Inpex” şirkətləri daxildir.

Bildirilir ki, satış baş verərsə, “Equinor” ilk növbədə öz payını SOCAR-a təklif etməli olacaq.

“Equinor” şirkətinin Xəzər hövzəsindəki digər yataqlarda və Bakı-Tbilisi-Ceyhan neft kəmərində də səhmləri mövcuddur./Yeniavaz.com

Xəbər 1389 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +