200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


27.07.2020  11:17 

“Ərazi bütövlüyünü dəstəkləmək İranın rəsmi siyasətidir”





A+  A-

İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi Tehranın hər zaman digər ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib.
XəzərNews.az İranın "Mehr" agentliyinə istinadən xəbər verir ki, Mahmud Vaizi bu barədə Azərbaycan Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə telefonla danışığında bildirib.

Bazar günü baş tutan telefon danışığında Vaizi münaqişə məsələlərində ölkələrin ərazi bütövlüyü və suverenliyini dəstəkləməyin İran İslam Respublikasının rəsmi siyasəti olduğunu və bölgədəki hər hansı bir gərginliyin İranın marağında olmadığını bildirib. O qeyd edib ki, münaqişələrin sülh yolu ilə həlli regional sabitliyin qorunmasına kömək edəcək.

PA rəhbəri İranın bütün ölkələrin, xüsusən də Azərbaycanın sabitliyini, inkişafını və tərəqqisini istədiyini vurğulayaraq bölgədəki mövcud münaqişələrin dialoq və sülh yolu ilə həll ediləcəyinə ümid etdiyini bildirib.

Hikmət Hacıyev də öz növbəsində, Azərbaycanın Tehran-Bakı hərtərəfli əməkdaşlığının inkişafına böyük əhəmiyyət verdiyini bildirib.

Xəbər 1972 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +