“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


16.02.2023  16:33 

Abid Qafarovun işi apellyasiya instansiyasına qaytarılıb





A+  A-

Bu gün Azərbaycan Ali Məhkəməsi "KİM" internet televiziyasının ötən il həbs olunmuş əməkdaşı, "Bakı Birlik Təşkilatı" İctimai Birliyinin sədri Abid Qafarovun işini apellyasiya instansiyasına qaytarıb.

XəzərNews.az xəbər verir ki, bu barədə AzadlıqRadiosuna Qafarovun vəkili Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, Ali Məhkəmə müdafiə tərəfinin şikayətinə baxaraq işi yenidən apellyasiya məhkəməsinə qaytarıb. O qeyd edib ki, Qafarovun həbsi üçün heç bir əsas yox idi.

Hələlik, qərara digər maraqlı tərəflərin münasibətini öyrənmək mümkün olmayıb.

2022-ci il iyulun 13-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə Qafarov 1 il müddətə azadlıqdan məhrum edilib. O, çıxışlarında müharibə veteranlarına qarşı böhtan və təhqirdə günahlandırılır.

Müdafiə tərəfinə görə, Qafarov internetdəki çıxışında veteranları təhqir etməyib, sadəcə ad çəkmədən öz hüquqları uğurunda mübarizə aparmadıqlarına görə onları qınayıb.

Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdı.

Qafarov da özünü təqsirli bilmir və "Tərtər işi"ni araşdırdığına görə sifarişlə həbs olunduğunu bildirir.

Xəbər 1241 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +