200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


24.11.2020  19:27 

Əjdər Həmidov vəfat etdi





A+  A-

Xalq artisti, aktyor Əjdər Qüdrət oğlu Həmidov vəfat edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

Xatırladaq ki, aktyor bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, o, insultdan əziyyət çəkirdi.

Qeyd edək ki, Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun Aygünlü kəndində anadan olub. O, 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

Aktyor bir sıra filmlərdə uğurlu obrazlar yaradıb. "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirilib. 2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib.

Əjdər Həmidov 2002-ci ildə Azərbaycanın Əməkdar Artisti, 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Xəbər 2600 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +