“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


11.01.2020  13:48 

Xameneyi Təhlükəsizlik Şurasına önəmli göstəriş verdi





A+  A-

İranın Ali dini lideri Əli Xameneyi ölkənin hərbi qüvvələri tərəfindən səhvən vurulan Ukrayna təyyarəsinin qəzaya düşməsi ilə bağlı aparılan istintaqın nəticələrini yayımlamağa dair göstəriş verib.
XəzərNews.az xəbər verir ki, bu barədə İranın İRIB dövlət televiziya və radio şirkəti məlumat yayıb.

“Ali lider ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin faciəvi səhvləri barədə məlumatlandırıldıqdan sonra o, Milli Təhlükəsizlik Ali Şurasının təcili iclasını çağırdı. Hadisənin səbəblərini, istintaqın nəticələrinin dürüst və şəffaf şəkildə yayımlanmasını tapşırdı”, -deyə məlumatda bildirilir.

Xatırladaq ki, yanvarın 8-də Ukraynanın “Boeing 737” təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada, 11-I Ukrayna, digərləri isə İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşları olub.

Xəbər 1746 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +