Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


01.02.2025  14:00 

7 yaşlı qızına qarşı zorakılıq edən ataya bu cəza verildi





A+  A-

1981-ci il təvəllüdlü Gəncə şəhər sakini R.R doğma qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

XəzərNews.az xəbər xəbər verir ki, tükürpədən hadisə Bakıda baş verib.

43 yaşlı şəxs köməksiz vəziyyətdə olan 7 yaşlı qızına qarşı bu əməlini bir neçə dəfə təkrar edib. Təqsirləndirilən şəxs azyaşlını qorxudub ki, bu haqda heç kimə məlumat verməsin. Qızın anası xadimə işlədiyindən günün çox hissəsində evdə olmayıb. Buna görə də hadisədən gec xəbər tutub.

R.R bu cinayətdə özünü təqsirli bilməyib. Deyib ki, qızını ona qarşı öyrədən əmisi, yəni öz qardaşıdır.

Ona qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, 14 yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyası ilə təqsirləndirilən şəxsə 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası təyin edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsi R.R barəsində 17 il azadlıqdan məhrumetmə cəzası təyin edib.

Xəbər 1709 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +