“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


05.12.2019  19:37 

“Ermənistan Dilqəmlə Şahbazı azad etməkdən inadla imtina edir”





A+  A-

"Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi “hamının hamıya” prinsipi əsasında azad etməkdən inadla imtina edir".
XəzərNews.az xəbər verir ki, bunu Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ərazilərində həll olunmamış münaqişələr sülhə və təhlükəsizliyə ciddi təhlükə yaradır: "Bütün bu münaqişələr, istisnasız olaraq müvafiq dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında, onların beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüquq norma və prinsipləri əsasında həll edilməlidir".

"Təəssüf ki, Milanda keçirilən son Nazirlər toplantısından bəri, Şuraya Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində hər hansı bir konkret irəliləyiş barədə məlumat verə bilmirəm. Cəbhə xəttindəki nisbətən sakit vəziyyət, Minsk Qrupu həmsədrlərinin özləri tərəfindən qeyri-sabit və qəbuledilməz adlandırılan işğala əsaslanan mövcud status-kvo vəziyyətinin hüdudlarından kənara çıxmağa imkan verə biləcək, münaqişənin həllində irəliləyiş yaratmadı. Azərbaycan ərazilərinin işğalı nəticəsində yüz minlərlə məcburi köçkün etnik təmizləmə siyasəti səbəbindən evlərindən didərgin düşdü. Bu xüsusda, Ermənistan tərəfindən girov götürülən və işgəncələrə və digər alçaldıcı rəftara məruz qalan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işini xüsusi qeyd etmək istərdim. Ermənistan, hətta “hamının hamıya” prinsipi əsasında da onları azad etməkdən inadla imtina edir", - deyə nazir qeyd edib.

Xəbər 1817 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +