Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


10.12.2020  09:32 

ANAMA əməkdaşları daha 58 mina aşkarladı





A+  A-

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə 07-09 dekabr tarixlərində Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən – 28 (iyirmi səkkiz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 2 (iki) müraciət daxil olub.
ANAMA-dan XəzərNews.az-a erilən məlumata görə, daxil olmuş 30 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 20 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd bombacıq, 18 ədəd tank əleyhinə mina, 40 ədəd piyada əleyhinə mina, 54 ədəd tank əleyhinə minanın partladıcısı və 21 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 9 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Xəbər 1703 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +