Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


15.03.2019  09:58 

AzTV müsabiqə elan etdi





A+  A-

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Teleradio Akademiyası dinləyicilərin qəbulu ilə bağlı müsabiqə elan edir.
Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən XəzərNews.az-a verilən məlumata görə, müsabiqədə aparıcı, reportyor, redaktor, rejissor, montajçı və operator peşəsinə yiyələnmək istəyənlər iştirak edə bilərlər.

Müsabiqəyə 30 yaşına qədər ali və ya natamam ali təhsili olan şəxslər qatıla bilərlər. Aparıcı və reportyor kurslarına qatılmaq istəyənlərin nitq qabiliyyəti və xarici görünüşü efirə uyğun olmalıdır.

Müsabiqədən keçən dinləyicilər:
• Teleradio Akademiyasında təhsil almaq imkanı qazanacaqlar;
• Kursu bitirdikdən sonra onlara Teleradio Akademiyasının sertifikatları təqdim olunacaq;
• Dinləyicilərin ən istedadlıları Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də işlə təmin olunacaqlar.

Tədris Teleradio Akademiyasının tanınmış peşəkar mütəxəssisləri və xaricdən dəvət olunmuş müəllimlər tərəfindən aparılacaq.

Dinləyicilər CV-lərini 2019-cu il aprelin 15-dək qeyd olunan e-mail ünvanına göndərə bilərlər: [email protected]

Əlaqə nömrələri: 537 02 46, 537 02 32, mobil: 050 621 54 41.

Xəbər 1751 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +