Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


18.08.2019  14:49 

Şəmkirdə yanğını törədən ata saxlanıldı





A+  A-

Şəmkirin Sarıtəpə kəndində qayınanasının evini yandıran və bununla da 2 yaşlı uşağının ölümünə, eks-arvadıyla qayınanasının yaralanmasına səbəb olan Sadıqov Elmar Sultan oğlu polis tərəfindən saxlanılıb.
XəzərNews.az xəbər verir ki, rayonun Dəllər Cəyir kənd sakini olan 1986-cı il təvəllüdlü Sadıqov Elmar törətdiyi əməli etiraf edib.

Qeyd edək ki, Sadıqov Elmar həyat yoldaşı Məsimova Mətanətdən 3 ay əvvəl boşanıb. Bundan sonra qadın anasının evində yaşayıb. Gecə saat 3 radələrində isə Elmar keçmiş qayınanası Məmmədova Səltənətin evinə gələrək oranı yandırıb. Hadisə nəticəsində 2 yaşlı Məmmədov Nicat Elmar oğlu ölüb. Qadınlar isə yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Xəbər 1209 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +