“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


31.07.2017  14:19 

Quyuya atılan 5 günlük körpə ailə münaqişəsinin qurbanı olub - RƏSMİ





A+  A-

Lənkəranda 5 günlük Mələk Nurullayevanın öldürülərək su quyusuna atılmasına görə cinayət işi açılıb.
Lənkəran rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Muradov deyib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır:

“Təfərrüat tam aydın olmasa da, körpənin ölümünün ailə münaqişəsi zəminində baş verdiyi müəyyənləşib”.

Z.Muradov uşağın yoxa çıxması ilə bağlı ata Şaiq Nurullayevin “102” xidmətinə məlumat verdiyini deyib:

“Amma uşağın Şaiq Nurullayev tərəfindən quyuya atılması hələ ki təsdiqlənməyib. Ola da bilər ki, onu atası yox, ailənin digər üzvü, yaxud üzvləri öldürüb quyuya atıb. Bu barədə fikir yürütmək çətindir. Çünki hadisə baş verən gecə evdə Mələyin atası Şaiq Nurullayev, anası Valiyə Nurullayeva, nənəsi Atifə Nurullayevadan başqa yaxın qohumları da olub. Ona görə də istintaqın gedişini gözləməliyik”.

Rayon rəsmisi körpənin ölümü ilə bağlı ailə üzvlərinin dindirildiyini qeyd edib:

“Görünən odur ki, ailədə nə isə baş verib. Amma geniş məlumat verilmədiyinə görə, biz də dəqiq bilmirik. İndiyə qədər o ailədən bizə o qədər də şikayət daxil olmayıb”.

Lənkəranda qız və oğlan uşaqları arasında fərq qoyulmasına gəlincə, Z.Muradov bu ittihamla qətiyyən razılaşmayıb:

“Bu həmin ailədə baş verən problemdir. Onu bütün rayona şamil etmək doğru deyil. Həm də hadisənin hansı səbəbdən baş verdiyini bilmirik”.

Modern.az

Xəbər 1710 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +