Azərbaycanlı hərbçi Ukraynada həlak oldu
Ermənistan regionda yeni eskalasiya riski yaradır - Siyasi şərhçi
Putin Zelenski ilə görüşəcəkmi?
Xaçmazda 15 yaşlı oğlu öldürülən ana fəryad edir
Putin İrana gedir... - Hazırlıqlar başladı
Atəşkəsə nail olmaq üçün... - Peskov açıqladı
Gələn ay 13 gün iş olmayacaq
İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq
Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?


20.04.2017  10:53 

Valyutadəyişmə məntəqələri bu şərtlərlə açılacaq





A+  A-

Azərbaycanda "Valyuta tənzimi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb. Təklif edilən dəyişikliklər nəticəsində valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən təşkilati, texniki təchizat, təhlükəsizliyə dair tələblər, uçotun, hesabatın, sənədləşmənin vahid formaları, onların müddətləri, habelə həmin fəaliyyəti göstərəcək obyektlərin yerləşəcəyi ərazilər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən ediləcək.
XəzərNews.az-ın məlumatına görə, Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, qanun layihəsi aprelin 25-də Milli Məclisdə müzakirəyə çıxarılacaq:

“Qanun layihəsində valyutadəyişmə, mübadilə məntəqələrinin yenidən bərpası nəzərdə tutulub. Qanun geniş şəkildə parlamentin plenar iclasında müzakirə ediləcək. Əvvəllər buna Mərkəzi Bankın nəzarət mexanizmi həyata keçirilirdi. Dəyişikliklərdə isə valyutadəyişmə məntəqələrinə nəzarətin Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə olunması nəzərdə tutulub. Bu baxımdan qanun qəbul olunduqdan sonra valyutadəyişmə məntəqələri fəaliyyətə başlaya bilər”.

V.Əhmədov bildirib ki, fiziki şəxslər dövlət rüsumu ödəməklə valyutadəyişmə məntəqələri işlədə biləcəklər:

“Fiziki şəxslər 500 manat lisenziya haqqı ödəməklə (1 illik) valyutadəyişmə məntəqəsi işlədə biləcək. Dövlət rüsumu əvvəldə bu məbləğdə idi”.

İqtisadçı deyib ki, valyutadəyişmə məntəqələrinin bərpasından sonra “qara bazar”ın tamamilə sıradan çıxmayacaq:

“Əslində valyutadəyişmə məntəqələrinin ləğv edilməsi “qara bazar”ın sıradan çıxmasına hesablanmışdı. Çünki bildirilirdi ki, valyuta bu məntəqələr vasitəsilə “qara bazar”a ötürülür. Faktiki olaraq valyutadəyişmə məntəqələrində valyuta yox idi. İndi görünən odur ki, məntəqələrin bağlanması effektiv nəticə vermədi.
”Qara bazar” indi də fəaliyyət göstərir. Bəzi fikirlər var ki, valyutadəyişmə məntəqələri yenidən açıldıqdan sonra “qara bazar” tamamilə yox olacaq. Amma mən valyutadəyişmə məntəqələrinin açılması ilə “qara bazar”ın sıradan çıxacağına inanmıram. Bunu birbaşa demək doğru deyil. Çünki bu, tətbiq ediləcək mexanizmdən, mübadilədən asılı olacaq. Əgər dollar və manat qıtlığı olmayacaqsa, “qara bazar” da olmayacaq. Mən valyutadəyişmə məntəqələrinin tərəfdarıyam. Amma dünyanın hər yerində valyutadəyişmə məntəqələri bankların nəzdində fəaliyyət göstərir və banklar vasitəsilə pul mübadiləsi aparırlar. İndi təklif edilən dəyişikliklə fiziki şəxslərin banka bağlı olmadan sərbəst fəaliyyəti nəzərdə tutulur”.

Xəbər 2995 dəfə oxunub.




12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +