Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


17.10.2023  12:20 

Xırdalanda bu küçə yenidən təmir olunacaq.... - 3 il əvvəl təmir olunmuşdu





A+  A-

Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Xəzərnews.az xəbər verir ki, Abşeron rayon İcra Hakimiyyətinin keçirdiyi tender müsabiqəsinin qalibi “Xezer-Construction” MMC (VÖEN – 1905697381) olub.

Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyəti Xırdalan şəhərində yolların təmiri işləri üçün “Xezer-Construction” MMC-yə 1 milyon 261 min 45 manat 32 qəpik ödəyəcək.

Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, Xırdalan şəhərində təmir olunması nəzərdə tutulan küçələrədən bəziləri cəmi 3 il əvvəl əsaslı şəkildə təmir olunub.

Məsələn, tender müsabiqəsində göstərilir ki, Xırdalan şəhərinin H.Z.Tağıyev, Nizami və Səttar Bəhlulzadə küçələrində təmir işləri həyata keçiriləcək.

Xatırladaq ki, 2020-ci ildə Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqladığı məlumatda da adı keçən küçələrdə əsaslı təmir işlərinin həyata keçirildiyi göstərilib.//Yeniavaz.com

Xəbər 1136 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +