Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


25.11.2021  20:06 

Milyonluq tenderin qalibi: “Ekvita Consulting“ nazir müavinindir?





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu rüşvətxorluğa qarşı mübarizənin idarəetmə sistemləri beynəlxalq standartının tətbiqi ilə əlaqədar, məsləhət xidmətlərinə dair elan etdiyi açıq tenderin qalibi kimi "Ekvita Consulting" MMC şirkətini seçib.

Bloger Həbib Müntəzir həmin şirkətlə bağlı maraqlı məlumat paylaşıb.

Qeyd edilir ki, şirkət əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun yaxın qohumudur.

"Qalib şirkətə 30 min manat ödəniləcək. Bundan əvvəl də başqa bir tenderlə əlaqəli eyni şirkətə DSMF tərəfindən 52,5 min manat, ƏƏSMN tərkibindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən isə 920 min manat ödənilib. Şirkətin direktoru İlqar Mehti adlı şəxsdir. O, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovla yeznə-qayındır. Rüşvətxorluqla mübarizə aparmaq üçün məsləhət alırlar, amma korrupsiyaya yol verərək" - deyə Həbib Müntəzir qeyd edib.

Qarşı tərəfin mövqeyini almağa cəhd etsək də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mətbuat xidmətinin rəhbəri Fazil Talıb sorğumuzu cavablandırmadı./afn.az

Xəbər 1911 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +