Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


10.07.2020  11:53 

Bakıda bəzi yerlərdə postlar bərpa edilib





A+  A-

Paytaxtın bəzi yerlərində polis postlarının fəaliyyəti yenidən bərpa edilib.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “Qafqazinfo”ya açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, zəruri hallarda postların yenidən qurula biləcəyini əvvəldən bəyan ediblər: “Zərurət olmadığı halda isə postlar yenidən yığışdırıla bilər. Əsas etibarilə hərəkətin daha çox intensiv olduğu vaxtlarda və ərazilərdə postlar yığışdırıldı ki, nəqliyyatın hərəkətində hər hansı bir sıxlıq yaşanmasın. Şənbə və bazar günlərində artıq ictimai nəqliyyatın hərəkətinə qadağa tətbiq edildiyindən, yollarda hərəkət iştirakçılarının sayının az olması səbəbindən belə postlar qurula bilər. Bu zaman hərəkət iştirakçılarının yaşadıqları mənzilləri tərk etməsi üçün müvafiq icazələrinin olub-olmaması yoxlanıla bilər. Məsələ odur ki, kimsə müvafiq icazəsi olmadan sui-istifadə hallarına yol verməsin”.

Bir müddət əvvəl paytaxt ərazisində postlar ləğv edilmişdi. Bildirilmişdi ki, bundan sonra hərəkət iştirakçılarına kameralarla nəzarət olunacaq. Bunun üçün isə müvafiq qanunvericiliyə dəyişikliklər edilməlidir. K. Əliyev qanunvericiliyə dəyişikliyin edilməsi istiqamətində hazırda məsələnin nə yerdə olmasından xəbərdar olmadığını vurğulayıb. O qeyd edib ki, qanunverici orqanda Məcəlləyə dəyişiklik olarsa, bu barədə ictimaiyyət məlumatlandırılacaq.

Xəbər 1702 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +