“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


13.12.2023  17:19 

BQXK-dən azad olunan hərbçilərlə bağlı... - Açıqlama





A+  A-

Mandatına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu gün azad olunan şəxslərə baş çəkərək onlarla rəftarı və saxlanma şəraitini qiymətləndirib.

Xəzərnews.az xəbər verir ki, bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Onun sözlərinə görə, BQXK həmçinin, bu şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradıb:

"Biz təhvilvermədən əvvəl bu şəxslərlə görüşüb və söhbət aparıb. Onların hamısı geri qayıtmaq arzusunda olduqlarını bildiriblər".

Xatırladaq ki, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edib.

Ermənistan Respublikası öz növbəsində 2 azərbaycanlı hərbçini azad edib.

Qeyd edək ki, hərbçilərimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşmüşdü. Sonradan məlum olmuşdu ki, onlar əsir düşüblər.

Xəbər 2045 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +