“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


07.12.2023  13:20 

“Zəlzələdən sonra 6 afterşok qeydə alınıb“





A+  A-

“Bu gün baş verən zəlzələnin davametmə müddəti 50 saniyə, hissolunma müddəti 7 saniyə təşkil edib”.

Xəzərnews.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzərdə baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, zəlzələyə səbəb Siyəzən qırılmasının aktivləşməsidir:

“Zəlzələdən sonra 6 afterşok qeydə alınıb”.

Qeyd edək ki, bu gün Altıağac seysmoloji stansiyasından 51 kilometr şimal-şərqdə - Xəzər dənizində zəlzələ baş verib. Yerli vaxtla saat 08:16-da qeydə alınan zəlzələnin maqnitudası 5,6-ya bərabər olub. Ocağı 68 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.

Xəbər 998 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +