“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


31.08.2023  09:23 

Asfalt üzərində satışa çıxarılan və yağış suyu görməyən xalçalar… - Acı reallıq





A+  A-

Xəbər verdiyimiz kimi, 3-4 gün əvvəl Bakıya yağan güclü yağışın “Sədərək” Ticarət Mərkəzində ciddi fəsadlar törətdiyi barədə sosial şəbəkələrdə geniş informasiyalar yayıldı. Hətta qeyd olundu ki, bu fəsadlar nəticəsində sahibkarlara, xüsusən də xalçaçılara ciddi ziyan dəyib.

Sosial şəbəkələrdə yayılan bu videolarda qeyd olunurdu ki, zərərə düşən xalçaçı sahibkarlar mallarını dəyər-dəyməzə satışa çıxarıblar.

Hətta “Sədərək” Ticarət Mərkəzinin ətrafındakı meydanlarda xalçalarını asfalt üzərində “günə verib qurudan” sahibkarlar da tapılırdı.

Məlum su basma sığorta hadisəsi hesab olundu. "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi bəyan etdi ki, bu hadisədən zərər çəkmiş sığortalı əmlakların sahiblərinə ödəniş ediləcək, sığortasız əmlakların sahibləri isə zərəri özləri qarşılamalı olacaqlar.

Sən demə, yağışın islatdığı xalçalarla yanaşı, sağlam mallarını da satmaq istəyən diribaş sahibkarlar tiktok və digər sosial şəbəkələrdə videolar paylaşaraq yarı qiymətə, dəyərindən də aşağı, hətta 15-20 manata satılan xalça elanları ilə sadəcə alıcı cəlb ediblər. Əlbəttə ki, bu da fürsətçil və tamahkar alıcıların diqqətindən yayınmayıb.

İşbazlar qismən də olsa tutuzdurublar...

Lakin “Sədərək” Ticarət Mərkəzinə - yəni hadisə yerinə axışan sadə vətəndaşlar qiymətlərin heç də tiktokun lentində səsləndirildiyi kimi olmadığı ilə qarşılaşıblar. Həm də ona təsadüf ediblər ki, “asfalt üzərində satışa çıxarılan xalçalar”ın heç də hamısı “yağış suyu” görməyib.

Qiymətlərin elanlarda səsləndirildiyi kimi “sudan da ucuz” olmadığını görən sadə vətəndaşlar kor-peşman geri qayıdıblar.

Yəni tamahkarı yalançı aldadtmaq istəyib...

İsmayıl
XəzərNews.az


Xəbər 1990 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +