“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


05.07.2022  14:50 

Bakı Metrosundakı gecikmənin səbəbi açıqlandı





A+  A-

"İçərişəhər-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən vaqonda sərnişinlərdən birinin elektron cihazı tüstülənib.

XəzərNews.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, sərnişinlər qatardan dərhal düşürülüb: "Qatar maşinisti və polis əməkdaşı vaqona baxış keçiriblər. Vaqonda hər hansı bir problem olmayıb. Tüstüləmə yüngül olduğundan baxış müddətində sovrulub və sərnişinlər həmin qatarla yola salınıblar. Nəticədə, 3 dəqiqəlik yubanma olub.

Bütün sərnişinlərdən rica edirik, metropolitenin xüsusiyyətləri nəzərə alınaraq, saz vəziyyətdə olmayan mobil cihazlardan istifadə etməsinlər və ümumən metropolitendə elektron cihazlardan istifadə edərkən ehtiyatlı davransınlar".

Xəbər 1505 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +