“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


02.06.2020  10:43 

Bakıdan təyyarə biletləri satışa çıxarıldı





A+  A-

Macarıstanın “Wizzair” aviaşirkəti Bakıdan uçuşları elan edib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, artıq şirkətin saytında biletlər satışa çıxarılıb. Hazırda təqdim olunan biletlər arasında ilk uçuş iyunun 19-na təyin olunub. Daha sonra isə iyunun 22-si, 26-sı və 29-na biletlər təklif olunur. İlk uçuş üçün biletin qiyməti 100 avrodan başlayır. Lakin 29 iyun tarixinə biletlər 50 avrodan satışa çıxarılıb.

Artıq Macarıstan iyunun 15-dən sonra Azərbaycanla sərhədlərini açır və gediş-gəlişə start verir.

Budapeştdən Bakıya ilk uçuş iyunun 18-də baş tutacaq. Bu reys ilə biletin qiyməti 120 avrodan başlayır. İyunun 21-i, 25-i və 28-dəki uçuşlar üçün biletlər 100 avrodan təqdim olunur.

Qeyd edək ki, Operativ Qərargahın son yaydığı məlumatda Azərbaycanın sərhədinin iyunun 15-dək bağlı olacağı açıqlanmışdı.

Xəbər 2087 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +