“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


29.10.2019  12:54 

Ölkəyə qida məhsulları gətirmək üçün elektron sistem yaradılır





A+  A-

Sahibkarlar Azərbaycana qida məhsullarını gətirmək üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə elektron sistem vasitəsilə müraciət edəcək.
XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AQTA-nın sektor müdiri Samir Rüstəmli bildirib.

Onun sözlərinə görə, elektron sistem bu ilin sonuna kimi yaradılacaq:

“Sistem “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” irəli gələrək yaradılır. Bu ilin sonunadək idxal-ixrac prosedurlarının tam elektronlaşdırılması nəzərdə tutulub. Bununla da, sahibkarlar ofislərini, iş yerlərini tərk etmədən Agentliyə müraciət edə biləcəklər”.

S. Rüstəmli bəzi sahibkarlara da xəbərdarlıq edib:

“Ölkəyə məhsul idxal etmək üçün ticarət tərəfdaşlarını düzgün seçsinlər. Bununla da onlar etibarlı idxalçı statusuna malik olmaqla idxal etdikləri məhsulların yoxlanma tezliyinin azalmasına nail olacaqlar. Eyni zamanda, ölkə əhalisinin təhlükəsiz qida ilə təmin olunmasına töhfə verəcəklər”.

Xəbər 1513 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +