“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


27.04.2018  15:43 

“Eyyubu efirə çıxartdığıma görə mənə erməni deyirdilər“ - Kamran





A+  A-

Teleaparıcı Kamran Həsənli əməkdar artisti ilk dəfə efirə çıxarmasından danışıb.
XəzərNews.az-ın "Ölkə.Az"a istinadən məlumatına görə, bu barədə "Onda başladıq" verilişində danışan Həsənli, hətta Yaqubovu efirə dəvət etdiyinə görə təhqir edildiyini söyləyib:

"Eyyub Yaqubovu ilk dəfə efirə dəvət edəndən sonra qəzetlər mənim erməni olduğumu yazırdılar. Hətta iş o həddə çatdı ki, telekanaldan mənə Eyyubu bir daha efirə dəvət etməmək tapşırıldı. Rəhbərliyə dedim ki, biz onu efirə çıxartmalıyıq ki, gənclik onun ardınca düşsün. Amma yenə də qadağa qoydular".

K.Həsənli bildirib ki, bu qadağadan sonra Yaqubovu efirə dəvət etmək üçün fənd fikirləşib:

"Filarmoniyanın yanındakı "Vahid" poeziya evindəki çayxanaya getdim. Gördüm ki, Əlibaba Məmmədov və Habil Əliyev çay içirlər. Gəlib salamlaşdım və hər ikisini efirə dəvət etdim, razılaşdılar. Dedim ki, bir oxuyan da dəvət edəcəyəm, etiraz etdilər. Dedim ki, Eyyub pis oxusa, canlı efirdə mənə deyərsiniz ki, yekə kişisən, bu nə oxuyandı? Habil Əliyev dedi ki, pis oxusa, deyəcəyəm ha. Beləliklə, risk edərək Eyyubu efirə çıxardım. Həmin verilişdə Eyyub Elçin İmanovun iki, Əlibaba Məmmədovun bir mahnısını oxudu. Soruşdum ki, necədir? Əlibaba Məmmədov dedi ki, oxuyan elə budur da. Dedi, hətta mənim ansamblımda işləyib. Kameraya yaxınlaşıb dedim ki, Eyyubun yaxşı oxuduğunu Kamran demir, Əlibaba Məmmədov, Habil Əliyev deyir. Ondan sonra qəzetlər mənim əleyhimə yazmağı dayandırdılar".

Xəbər 1384 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +