“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


12.05.2017  11:39 

Mobil telefon istifadəsində YENİLİKLƏR





A+  A-

Milli Məclisdə “Telekommunikasiya haqqında” qanununa əlavə və dəyişikliklərin edilməsi təklif olunub.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli məlumat verib.
Deputat deyib ki, qanuna yeni artırılan maddədə göstərilib ki, rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə abunəçilərə dair məlumatları daxil etmək, telefon nömrələrinin sabit, məftilli mobil operatorlar şəbəkəsində aktivləşdirilməsinin ərizəçiyə dair məlumatların vahid məlumat bazasında onlayn rejimdə elektron formada daxil edildikdən sonra təmin etmək provayderlərin vəzifəsidir.
Həmçinin qanunun 40.3.1 maddəsində qeyd edilib ki, müqavilə Azərbaycan Respublikasının dövlət dilində bağlanmalıdır. Həmin müqaviləyə abunəçinin hüquqi şəxs tərəfindən bağlandığı təqdirdə istifadə edən fiziki şəxslər fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmalıdır.

Qanunun 40-cı (Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər) maddəsinə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulması barədə bənd əlavə edilir.

Maddəyə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması barədə hissə əlavə edilməsi də təklif olunur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

Xəbər 2068 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +