Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


27.04.2017  17:21 

“AŞPA Türkiyə ilə bağlı ədalətsiz və qərəzlidir”





A+  A-

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsizdir və qərəzlidir. Bu qərar təşkilatda islamofob meyillərin üstünlük təşkil etdiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Zahid Oruc deyib.

Deputat bildirib ki, AŞPA-nın monitorinqlərinin müxtəlif dairələrin mənafeyinə xidmət etdiyini, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq, daxili işlərinə müdaxilə etmək məqsədi güdür

“Azərbaycanın da zaman-zaman belə ədalətsizliklərlə, ikili standartlarla üzləşir”.

Z.Oruc qeyd edib ki, bu qərarın qəbul edilməsi Türkiyənin demokratik nailiyyətlərini, uzun illər ərzində keçdiyi yolu, regional təhlükəsizliyin təminatına verdiyi töhfələri heçə saymaq deməkdir.

“Avropa Şurasının missiyası ondan ibarətdir ki, böyük bir qitə arealında dövlətlər arasında sülhü, əməkdaşlığı təşviq, eyni zamanda, daxildə islahatlar prosesinə kömək etsin, hüquqi cəhətdən vahid bir ailənin yaradılmasına təsir göstərsin. Bu qurum heç bir halda məhkəmə təsisatı deyil və onun müəyyən dairələrin əlində siyasi təzyiq alətinə çevrilməsi çox acınacaqlı vəziyyətə gətirib çıxaracaq”.

Deputat bildirib ki, Türkiyə bu şəkildə məhkəməyə çəkilə bilməz.

“Əksinə, bu ölkə beynəlxalq birlik tərəfindən ən yüksək yardımlara layiq görülməlidir. Çünki bu gün Yaxın Şərqdə sabitliyin təmini, miqrantlarla bağlı problemin həlli istiqamətində Türkiyənin gördüyü işlər göz qabağındadır. Söz yox ki, Türkiyənin getdikcə güclənməsi, onun əldə etdiyi uğurlar bir çoxlarını narahat edir. Buna görə də bu ölkə ilə bağlı belə cılız maneələr yaradılır. Amma bu cəhdlər əbəsdir. Türkiyənin daxili işlərinə qarışmaq, kənardan idarəçilik şərtləri diktə etmək yolverilməzdir. Bununla heç bir nəticəyə nail olmaq mümkün deyil…”

Xəbər 1818 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +