Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...
Messi Azərbaycan millisini təbrik edib
Öpüşmək psixikaya mənfi təsir göstərir
Prezident Alparslan Bayraktarı qəbul edib


15.05.2025  10:17 

Baş həkim olmaq istəyirdi, 250 min manatı getdi





A+  A-

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkimi Novruz Əlimirzəyevin baş həkim olmaq ümidi ilə verdiyi 250 min manat dələduzluq yolu ilə ələ keçirilib.

Həkimin pulunu ələ keçirən şəxslər cinayət məsuliyyətinə cəlb edilib, onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

İstintaq materiallarında yazılıb ki, təqsirləndirilən Zaur Zahidov tanışları Namiq Bayramov, Orxan Həsənov, Heydər İlyasov və Rufan Qasımovla əlbir olaraq Novruz Əlimirzəyevdən külli miqdarda pul alıblar.

Novruz həkim tanışı vasitəsilə sözügedən şəxslərlə əlaqə yaradıb, Qəbələ Regional Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilməsi üçün kömək istəyib. Bu fürsətdən istifadə edən dəstə üzvləri isə ona guya Səhiyyə Nazirliyindəki yüksəkvəzifəli tanışları vasitəsilə bu işin mümkün olduğunu deyərək əvvəlcə 100 000 ABŞ dolları (170 000 manat), daha sonra isə 80 000 manat pul alıblar.

Dəstə üzvləri həkimin inamını möhkəmləndirmək üçün saxta sənəd də hazırlayıblar. Sənəddə guya TƏBİB tərəfindən onun Qəbələ Regional Xəstəxanasına baş həkim təyin olunduğu göstərilib. Hətta sənədə QR kod da əlavə edilərək real olduğuna inandırılıb. Saxta sənəd Rufan Qasımov tərəfindən həkimə verilib. Bu vaxt da N.Əlimirzəyev əlavə 30 000 manat verib.

Ümumilikdə isə Novruz Əlimirzəyevin 250 000 manat pul vəsaiti dələduzluq yolu ilə ələ keçirilib, həmin vəsait şəxsi ehtiyaclara xərclənib.

Təqsirləndirilən şəxslər başqa bir dələduzluq cinayətinə Cavid Əliyevi də cəlb ediblər. Cavid ittihama münasibətdə özünü təqsirli bilməyib. Onun vəkili Sənan Hüseynov məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.

Sonradan həkimin pulunun bir qismi geri qaytarılıb. Ziyan tam ödənilmədiyindən barışıq əldə edilməyib.

Bu gün hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, müttəhimlər hər biri verilmiş ittihamlara münasibətdə təqsirli bilinib- Zaur Zahidov 9 il, Rufan Qasımov 8 il 6 ay, Orxan Həsənov 7 il, Namiq Bayramov 5 il azadlıqdan məhrum edilib. Cavid Əliyevə sınaq müddəti seçilməklə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb./Qafqazinfo

Xəbər 2076 dəfə oxunub.




02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?


BÜTÜN XƏBƏRLƏR +