Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb
Kartlardan oğurlanan pullar və bankların məsuliyyəti
Vatikan yeni papa seçir... - Qara və ağ tüstü nəyə işarədir?
Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb


05.04.2021  09:38 

Nazir işləyəcəyini dedi, amma bağçalar bağlıdır





A+  A-

Bir neçə gündür ki, Azərbaycanda bağçaların bağlanması ilə bağlı müəmma davam edir.
XəzərNews.az xəbər verir ki, Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidə məktəblərin aprelin 5-də bağlanacağı ilə bağlı qərar verilən gün Təhsil Nazirliyi bağçaların işləyəcəyini açıqladı. Növbəti gün isə bağçaların da məktəblər kimi aprelin 5-dən fəaliyyətini dayandıracağı ilə bağlı məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqlədi.

Maraqlıdır ki, aprelin 3-də isə təhsil naziri Emin Əmrullayev canlı yayımda aprelin 5-dən sonra da sözügedən şəhərlərdə bağçaların ənənəvi şəkildə fəaliyyətini davam etdirəcəyini vurğuladı.

Bildirək ki, bir-birinin ardınca bağçaların fəaliyyətiylə bağlı verilən zidd qərarlar ictimaiyyətdə çaşqınlıq yaradıb. Reallıq isə ondan ibarətdir ki, bu gündən etibarən bağçalar fəaliyyət göstərmir. Uşaqlarını səhər tezdən bağçaya aparan valideynlər bunun əyani şahidi olublar.

Məlumat üçün bildirək ki, Azərbaycanda dövlət bağçaları icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərir. Belə bir məqamda Təhsil Nazirliyinin bu məsələyə reaksiyası da anlaşılan deyil.

***

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov qeyd edib ki, bağçalarla bağlı qısa müddət ərzində təfərrüat tam aydın olacaq.

Xəbər 1500 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +