Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


30.04.2025  16:31 

Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK





A+  A-

"Nə Rəşad? Rəşad kimdir? Mən Rəşadı tanımıram"

XəzərNews.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev mədəniyyət nazirinin Kino Agentliyinə baş direktor təyinatından danışarkən deyib.

Rasim Balayev Rəşad Əzizovu tanımadığını vurğulayıb:

"Mən onun təyinatı ilə bağlı heç nə deyə bilmərəm. Bilmirəm kimdir. Məndən niyə soruşursunuz, Mədəniyyət Nazirliyindən soruşun".

Xalq artisti Əbdül Mahmudbəyov isə Rəşad Əzizovun Əməkdar incəsənət xadimi Cəmil Quliyevin kadrı olduğunu diqqətə çatdırıb:

"Cəmil müəllimin yanında işləyib, zəng edib onu təbrik edəcəm".

Əli İsa Cabbarov isə pozitiv dəyişikliklərə ümid etdiyini bildirib:

"Düşünürəm ki, nazirlik rəhbərliyinin yeni direktora daha cox etibarı var və bu agentliyin işində müsbət effekt verəcək. Kinematoqrafçılar İttifaqı olaraq agentliklə tərəfdaş münasibətlərinin artacağına ümid edirik. Birlikdə senari müsabiqələrinin, festivalların kecirilməsi, film layihələrinin və tələbə filmlərinin dəstəklənməsində işləyə bilərik".

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə baş direktor təyin olunub. Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Əzizov bu vəzifəyə təyinat alıb.




Xəbər 1768 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +