Məktəb qrant layihələrinə ayrılan milyonları kimlər mənimsəyir?
İstanbulda güclü yanğın baş verib
Azərbaycan hərbi tarixinə AĞIR İTKİ
Adnanın neft fırıldağında gizli şəbəkə və Rusiya amili - Sensasion detallar
Polşa təyyarələri havaya qalxdı...-BU ÖLKƏYƏ GÖRƏ
Papoyan ABŞ-a səfər edəcək
Tramp bu prezidentlərlə ağ evdə görüşəcək
Pezeşkian: Nüvə obyektlərimizi vursalar...
Zelenski “Koreya ssenarisi”nə müraciət edib
Adnan Əhmədzadənin həbsində sensasion detallar üzə çıxdı


16.09.2025  17:27 

Büdcə proqnozları açıqlandı: Rəqəmlər iqtisadiyyatda dərin problemləri göstərir





A+  A-

"Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcəsinin ilkin parametrlərini və 2026–2029-cu illər üzrə makroiqtisadi proqnozları açıqlayıb. Rəsmi rəqəmlər hökumətin optimist yanaşmasına baxmayaraq, iqtisadi reallığın heç də ürəkaçan olmadığını göstərir".

XəzərNews.az xəbər verir ki, belə bir açıqlama ilə Real Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib.

N.Cəfərlinin fikrincə, nazirliyin proqnozuna görə, ÜDM-in artımı 2026-cı ildə 2,9%, 2027-ci ildə 3,3%, 2028-ci ildə 3,1%, 2029-cu ildə isə 4,8% təşkil edəcək:

"Halbuki hökumət 2025-ci ildə artımı 3% gözləsə də, ilin ilk 8 ayında real göstərici cəmi 0,9% olub. Bu fakt Maliyyə Nazirliyinin yeni proqnozlarının reallıqdan çox arzu və istəklərə söykəndiyini ortaya qoyur.

2026-cı il üzrə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat proqnozlaşdırılıb. Bu, 2025-ci ilin təsdiq olunmuş göstəricilərindən cəmi 67 milyon manat – yəni, 0,2% çoxdur. Başqa sözlə, büdcə gəlirlərində faktiki artım yoxdur.

Xərclər də eyni vəziyyətdədir: 2026-cı ildə dövlət büdcəsinin xərcləri 41 milyard 548,6 milyon manat proqnozlaşdırılıb ki, bu da cəmi 0,3% artım deməkdir. Beləliklə, büdcə rəqəmləri iqtisadiyyatda mövcud problemlərin dərinləşdiyini təsdiqləyir".

Real sədri qeyd edib ki, Maliyyə Nazirliyi növbəti 4 ilin hesablamalarını neftin orta qiymətini 65 dollar götürməklə aparır:

"Lakin beynəlxalq bazarlardakı tendensiyalar – ABŞ və OPEK+ ölkələrinin hasilat planları, eləcə də geosiyasi faktorlar – qiymətin yaxın illərdə 60 dollardan aşağı düşməsi ehtimalını gücləndirir.

Əgər neftin qiyməti 60 dollardan aşağı enərsə, büdcə gəlirlərində azalma qaçılmaz olacaq. Bu halda hökumətin qarşısında iki yol qalacaq: ya Neft Fondundan daha çox vəsait götürmək, ya da büdcə kəsirini kəskin şəkildə artırmaq".

İqtisadçının fikrincə, 2026–2029-cu illər üzrə proqnoz göstəriciləri və 2026-cı ilin ilkin büdcə parametrləri hökumətin “optimist” yanaşmasına baxmayaraq, açıq şəkildə bir həqiqəti üzə çıxarır:

"Ölkə iqtisadiyyatı ciddi çətinliklərlə üz-üzədir və bu problemlər dərinləşir. Daha önəmlisi, bunu sadəcə müstəqil ekspertlər yox, hökumətin öz rəqəmləri göstərir".

Xəbər 2633 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.09.2025  20:32 

Papoyan ABŞ-a səfər edəcək

20.09.2025  19:47 

Tovuzda kişi meyiti TAPILIB

20.09.2025  19:42 

Sabiq direktora HÖKM OXUNDU -FOTO

20.09.2025  19:32 

Goranboyda AİLƏ FACİƏSİ

20.09.2025  19:28 

Daha bir soydaşımız həlak oldu

20.09.2025  18:21 

“Formula 1“də daha biz qəza

20.09.2025  17:38 

Adnan Əhmədzadə həbs EDİLDİ

19.09.2025  23:53 

Laçın hazırda... - Fotolar

19.09.2025  23:33 

PUA zərbəsi: 43 nəfər öldü

19.09.2025  23:30 

Özbəkistandan Ukraynaya NOTA


BÜTÜN XƏBƏRLƏR +