Azərbaycanlı Almaniyada saxlanıldı
İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?
“BakuBus”un avtobusları yolda ötüşürmüş?
Belarus diplomatı Moldovadan çıxarılıb
Hindistanlı milyarderə qarşı sanksiya tələb olundu
“Yeni Klinika“da da yoxlamalar başladı
Aygün Kazımova tanınmış müğənnini pərt etdi
Yol Polisi sürücülərə müraciət etdi
NATO Rusiyaya qarşı... - Siyasi vəziyyəti dəyişir
Dönərin içindən şüşə qırıntısı çıxdı - “Bir-İki dönər“də


01.09.2025  11:19 

Bakının mərkəzində 68 illik bina qəzalı vəziyyətdədir





A+  A-

Nəsimi rayonu 28 May küçəsi 50 ünvanında yerləşən binanın sakinləri dam örtüyü, pilləkən və eyvanların dağılması səbəbindən artıq yaşamağın mümkünsüzləşdiyini bildirir.

XəzərNews.az xəbər verir ki, sakinlər bildirir ki, 1957-ci ildə istifadəyə verilmiş, istismar müddəti 50 il olan ikimərtəbəli binada artıq dam örtüyü, eyvanlar və pilləkənlər qəzalı vəziyyətdədir, istifadə üçün yararsızdır. Uşaq arabaları və yaşlı sakinlərin hərəkəti çətinləşib. Mənzillərdə döşəmələr çürüyüb, kanalizasiya suları axaraq qaranlıq və üfunətli mühit yaradıb. Yağışlı havalarda isə üst mərtəbələrdən su sızır, evlər dolur. Üstəlik, siçanların çoxalması səbəbindən yaşayış demək olar ki, mümkünsüz hala gəlib.

Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov "Xəzər Xəbər"ə deyib ki, 28 May küçəsi 48, 50, 52 və Puşkin küçələrindəki, yaşı 100-dən çox olan binaların istismar müddəti bitib:

“Rayonda aparılan monitorinq nəticəsində 260-dan çox bina qəzalı vəziyyətdə qeydiyyata alınıb və müvafiq qurumlara müraciət olunub. Bu binaların taxta konstruksiyaları və daşıyıcı divarları elə vəziyyətdədir ki, cari və ya əsaslı təmir hesabına saxlanması mümkün deyil. Buna görə dövlət vəsaitinin ayrılması məqsədəuyğun sayılmır. Amma biz bu ünvanları nəzarətdə saxlayırıq".

Onun sözlərinə görə, sözügedən ünvanlar nəzarətdə saxlanılır, pilləkən meydançaları və dam örtüyündə qismən təmir işləri aparılıb. Lakin yekun qərar yalnız tikinti şirkətlərinin əraziyə baxışından sonra veriləcək.



Xəbər 1245 dəfə oxunub.




10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq


BÜTÜN XƏBƏRLƏR +