Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


27.07.2018  08:43 

Tütün istehsalı artacaq





A+  A-

2018-ci ilin sonunadək Azərbaycanda tütün istehsalının həcmi 30 faiz arta bilər.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Telman Həsrətov deyib. T.Həsrətov bildirib ki, tütün yığımına, demək olar, bu yaxınlarda başlanılıb: "Lakin biz artıq ilin sonunadək istehsalatda nəzərəçarpacaq artım gözləyirik. Hazırda daha çox tütün Balakən, Şəki, İsmayıllı, Qəbələ, Lerik və Masallıda istehsal olunur".

O qeyd edib ki, Azərbaycan tütününün əsas ixrac istiqamətləri Belarus və Rusiyadır: "Azərbaycanda istehsal olunan tütünün əsas hissəsi daxili bazara gedir".

Assosiasiya sədrinin sözlərinə görə, istehsalla yanaşı, 2018-ci ilin sonunadək tütün ixracını da artırmaq planlaşdırılır. Hazırda istehsalçılar üçün sərfəli olmayan alış qiymətinə gəlincə, T.Həsrətov deyib ki, bu məsələ ilə bağlı qərar iyulun 27-də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Zaqatalada keçirilməsi gözlənilən müşavirədə qəbul ediləcək:

"Bu müşavirədə tütün istehsalçılarının kreditləşdirilməsi məsələsi də müzakirə olunacaq. Bundan başqa, tütünün əkin sahələri də genişləndiriləcək. 2017-ci ildə Zaqatalada tütün istehsalı üçün 600 hektar ərazidən istifadə olunub, 2018-ci ildə isə bu sahə 800 hektaradək artırılıb".

Onun sözlərinə görə, tütün istehsalçıları, həmçinin texnika parkını yeniləməyi planlaşdırırlar.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan 5,52 milyon dollar dəyərində tütün və onun sənaye əvəzedicilərini ixrac edib, 60,1 milyon dollarlıq isə idxal həyata keçirib. Ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə ixrac 9,06 faiz, idxal isə təxminən 17 faiz azalıb.

Xəbər 1871 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +