“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


06.09.2023  13:33 

Mebel sahəsində yeni standart qəbul edilib





A+  A-

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Avropa standartı əsasında AZS EN 1129-1:2023 “Mebel - Qatlanan çarpayılar - Təhlükəsizlik tələbləri və sınaqlar - 1-ci hissə: Təhlükəsizlik tələbləri” dövlət standartı qəbul edilib.

XəzərNews.az xəbər verir ki, ölkədə mebel sənayesinin inkişafı, bu sahədə istehsal olunan məhsullarınkeyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi, ixrac məhsullarının çeşidinin və rəqabətqabiliyyətinin artırılması, sahibkarların dəstəklənməsi, istehlakçıların tələb və gözləntilərinin təmin edilməsi üçün mebel sənayesi üzrə müasir standartların qəbul edilməsinə zərurət yaranıb.

Standart məişətdə istifadə olunan qatlanan çarpayıların təhlükəsizliyinə və möhkəmliyinə dair tələbləri müəyyən edir. Həmçinin müvafiq hallarda divar bərkidicilərinin möhkəmliyi tələblərini də əhatə edir.

“Furniture - Foldaway beds - Safety requirements and testing - Part 1: Safety requirements” Avropa standartın autentik tərcüməsi əsasında hazırlanmış AZS EN 1129-1:2023 “Mebel - Qatlanan çarpayılar - Təhlükəsizlik tələbləri və sınaqlar - 1-ci hissə: Təhlükəsizlik tələbləri” dövlət standartının layihəsi Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin
Azərbaycan Dövlət Əməyinin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu ilə rəsmi qaydada razılaşdırılıb.

Xəbər 3386 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +