“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


19.02.2022  19:35 

İslam düşməni...





A+  A-

Fransanın 1 nömrəli islamofoblarından biri yenə danışdı, hicab əleyhinə açıqlaması ilə gündəmə gəldi. Söhbət Fransa prezidentliyinə namizəd Valeri Pekresdən gedir.

Xatırladaq ki, bu ölkədə seçki günü yaxınlaşır. Fransada prezident seçkiləri aprel ayında keçiriləcək. Maraqlıdır ki, seçki öncəsi namizədlərin İslam dini əleyhinə çıxışları da get-gedə artır. Valeri Pekres fürsətdən istifadə edib seçki mitinqində hicablı qadınları hədəfə alıb.

Seçicilər qarşısında çıxış edən Pekres hicabın dini əmr yox, qadın itaətinin, qadın köləliyinin rəmzi olduğunu bildirib.

Sitat:
“Baş örtüyü mənim üçün digər paltarlar kimi bir paltar deyil. Hicabın siyasi yönü də var. Mənim prezidentliyimdə heç bir qadın itaət etməyəcək. Mən azadlığa inanıram”.

Fransalı xanım namizəd bununla da kifayətlənməyib, prezident seçiləcəyi təqdirdə, hicaba qarşı daha sərt tədbirlər görüləcəyini açıqlayıb. Ancaq o bu tədbirlərin konkret olaraq nədən ibarət olacağını açıqlamayıb.

Ermənipərəstliyi, türkofobluğu ilə tanınan Valeri Pekresin indi də İslama, müsəlmanlara, hicaba qənim kəsilməsi heç də təəccüblü deyil. Fransız liderlər seçicini rəğbətini qazanmaq üçün bu mövzulara sıx-sıx müraciət edirlər. Sıravi fransız seçicisini türk və İslam düşmənçiliyi ilə, ermənilərərlə həmrəylik çağırışları ilə ələ almaq zatən çox asandır.

Bəybala Mirzəyev

Xəbər 1791 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +