Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


03.08.2021  11:32 

Baş Prokuror deputatın polisi döyməyindən danışdı





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi ilə bağlı Milli Məclisin növbədənkənar iclası keçirilir.
XəzərNews.az xəbər verir ki, iclasda Baş Prokuror Kamran Əliyev də çıxış edib. Bildirib ki, təqdimatın ünvanlaması üçün kifayət qədər əsaslar olub:

“Təqdimata İntizam Komissiyası tərəfindən baxılaraq müvafiq rəy verilib. Təqsirsizlik prezumpsiyasına toxunmadan bildirmək istəyirəm ki, bütün dünya təhlükəli olan COVİD pandemiyası ilə üzləşib. Azərbaycanda ölkə Prezidenti, bütün dövlət qurumları tərəfindən uğurlu siyasət aparılır. Mehriban xanımın da diqqət və qayğısı danılmazdır. Bu zaman Operativ Qərargahın rolu əhəmiyyət kəsb edir.

Bu sahədə çətin məsuliyyət DİN əməkdşalarının üzərinə düşür. Onlar da bu sahədə səmərəli fəaliyyət göstərirlər. Təəssüflər olsun ki, deputat Eldəniz Səlimov qohumuna məxsus olan “Starıy dvor” restoranına gəlib və Mirzəyev Zaurun nə üçün həmin restorana gəlməsi, gecə 12-dən sonra restoranın işləməsinə irad tutulmasına görə sonradan polisin atası ilə əlaqə saxlayıb, görüşə çağırıb. Hüquqi tərəfdən isə biz artıq cinayət işi başlamışıq. 30 iyul tarixdə məlumat Baş Prokurorluğa məlumat daxil olub. Fakta görə cinayət işnin başlanması üçün kifayət qədər əsaslar olub. Ona görə də E. Səlimovun toxunulmazlığına xitam verilməsi zəruridir”.

Qeyd edək ki, Baş Prokuror Kamran Əliyev deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verib. Milli Məclisin İntizam komissiyası deputatın toxunulmazlığının ləğv edilməsinin lehinə səs verib.

Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Xəbər 3011 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +