“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


28.03.2023  11:51 

Civə satarkən həbs olundu





A+  A-

Şəmkir rayonunda civə satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

XəzərNews.az DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla respublika ərazisinə gətirilmiş insan sağlamlığına güclü təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxs saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Hacıqabul rayon sakini İbrahim İbrahimovun sosial şəbəkə vasitəsi ilə tanımadığı əcnəbi vətəndaş ilə cinayət əlaqəsinə girərək Şirvan rayonu ərazisində gizlədilmiş civəni Şəmkir rayonuna gətirməsi və orada 200 min manata satmaq istəməsi məlum olub. Şübhəli şəxs saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirilib və üzərindən 2 ədəd şüşə qabda ümumi çəkisi 1 kq 700 qram olan civə aşkarlanaraq götürülüb. Aşkar edilən maddi sübut müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.



Xəbər 965 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +