“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


23.11.2022  18:50 

Moskvanı Yeni il bayramı üçün bəzəməyə başladılar





A+  A-

Moskva şəhərini Yeni il bayramı üçün bəzəməyə başlayıblar. Küçələrdə, park və meydanlarda yüngül dekorativ yolkalar quraşdırılacaq.

XəzərNews.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə şəhər merinin müavini Petr Biryukov məlumat verib.

"Bayramın əsas simvolları - rəngli toplar və çələnglərlə bəzədilmiş yolkalar xüsusi ab-hava yaradacaq", - mer müavini Petr Biryukov bildirib.

Puşkinskaya, Tverskaya və Manejnaya meydanlarında, Novopuşkinski meydanında, Kamergerski zolağında əvvəlki illərdə olduğu kimi, işıq tağları görünəcək. Bulvar Halqasının piyada zonaları işıqlı tunellər və “2023” işıqlı nömrələri ilə bəzədiləcək.

Biryukov vurğulayıb ki, şəhərin bəzədilməsi üçün işıq diodları əsasında müasir avadanlıqlardan istifadə olunur ki, bu da elektrik enerjisindən on dəfə az istifadə etməyə imkan verir.

Xatırladaq ki, Moskva meri Sergey Sobyanin təklif etmişdi ki, hazırda Ukraynada xüsusi əməliyyatlar aparıldığını nəzərə alaraq moskvalılara Yeni ili qeyd etmək formatını özləri seçsinlər.

“Active Citizen” portalında səsvermənin nəticələrinə görə, əhalinin 80%-dən çoxu bayram tədbirlərinin kütləvi konsertlər və atəşfəşanlıq olmadan keçirilməsini dəstəkləyib.

Yusif Əli
XəzərNews.az


Xəbər 1022 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +