“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


08.02.2021  15:22 

Pandemiyada Elton maşınını, Teymur Əmrah da evini satıb





A+  A-

Müğənni Elton Hüseynəliyev maddi çətinlik çəkir.
XəzərNews.az xəbər verir ki, sənətçi pandemiyada güzəranını yaxşılaşdırmaq üçün bir ay əvvəl avtomobilini satıb.

Bu barədə o, “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib: “Gördüm ki, maddi sıxıntılarım var, maşınımı satdım. Kədərlənmədim, sevindim ki, əlimə pul gəldi! Təxmini olaraq 22 min dollara satdım”.

Elton maddi sıxıntıları zamanı həmkarı Nadir Qafarzadənin ona yardım etdiyini söyləyib.

Bundan əlavə, müğənni əməkdar artist Teymur Əmrahın da çətinlik yaşadığını, bu səbəbdən evini satdığını açıqlayıb: “Qapı döyüldü, gördüm Teymur müəllim gəlib, cibi də dolu. Evi satıb, pulları da üstündə gəzdirir. Bir az mənə də yardım etdi. Deyirəm, niyə mənzilinizi satdınız? Deyir ki, vəziyyət yaxşı deyil, həm ucuz ev alım, həm də qara günə pul saxlayım. Amma yeni ev də aldı”.

Xatırladaq ki, Teymur Əmrah uzun illər evsizliyi ilə bağlı şikayətləri ilə gündəmdə olmuş, daha sonra mənzillə təmin olunmuşdu.

Xəbər 2640 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +