“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


02.12.2019  14:32 

Parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət qəbul olundu





A+  A-

Milli Məclisin bu gün keçirilən plenar iclasının sonunda deputatların V çağırış parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi ilə bağlı ölkə Prezidentinə ünvanlanan qərar layihəsi səsverməyə çıxarılıb.
XəzərNews.az xəbər verir ki, səsvermədən qabaq layihəni parlamentin vitse-spikeri Bahar Muradova səsləndirib.

O qeyd edib ki, Milli Məclisdə çoxluq təşkil edilən YAP üzvləri parlament sədrinə müraciət edərək belə vəziyyətdə növbədənkənar seçki keçirilməsinin zəruriliyini ifadə ediblər.

Parlamentdə təmsil olunan digər partiyaları və həmçinin heç bir partiyanı təmsil etməyən şəxslər də parlamentin fəaliyyətinin mümkünsüzlüyünü hesab edirlər. Milli Məclis qərara alır ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət edilsin.

Səsvermə nəticəsində 99 nəfər qərar layihəsinin lehinə, 1 nəfər əleyhinə səs verib. 1 nəfər bitərəf qalıb, 1 nəfər isə səs verməyib.

Spiker Oqtay Əsədov bildirib ki, sabah parlamentin sonuncu plenar iclası ola bilər.

Xəbər 1609 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +