Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


21.11.2018  13:32 

Gəncədə partlayış olan binadan 36 mənzilin sakinləri köçürüldü





A+  A-

Noyabrın 20-si Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş verən partlayışda zərər görən mənzillərin sahibləri yataqxanaya köçürülüb.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Həsən Məmmədov məlumat verib.

H.Məmmədov deyib ki, köçürülənlər hadisə baş verən binadakı 36 mənzilin sakinləridir:

“Onlar dünəndən etibarən müvəqqəti olaraq internat tipli gimnaziyanın yataqxanasına yerləşdiriliblər. İcra başçısının da bildirdiyi kimi, bir neçə gün sonra onların kirayəyə çıxarılması məsləsinə baxılacaq”.

Qeyd edək ki, noyabrın 20-də Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Dağıntılar altından 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və onun oğlu 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun, 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyitləri çıxarılıb.

1 nəfər yaralı, 1997-ci il təvəllüdlü hərbçi Məmmədli Orxan Oktay oğlu Gəncə Hərbi Hospitalına yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

Xəbər 1569 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +