“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


05.11.2017  13:46 

Prosineçkinin yeni iş yeri müəyyənləşir





A+  A-

Azərbaycan milllisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri müəyyənləşmək üzrədir.
XəzərNews.az Sportal-a istinadən xəbər verir ki, dekabrın əvvəlində AFFA ilə müqaviləsi başa çatacaq xorvatiyalı mütəxəssis Sloveniyada çalışacaq.

Onun bu ölkənin milli komandasının “sükanı arxası”na keçəcəyi gözləniləndir.

48 yaşlı mütəxəssis məsələ ilə bağlı ölkəsinin mətbuatına da açıqlama verib:

“Qızım Bakıda təhsil aldığı üçün hələlik Azəbaycandayam. Dekabrın 15-ə qədər bu ölkədə olacağıq. İndi Azərbaycan millisi ilə sənədləşmə işlərini yekunlaşdırmaq üzrəyik. Mən hazırda işsiz deyiləm (gülür)”.

Prsosineçki Sloveniya millisinin baş məşqçisi təyin olunacağı ilə bağlı suala belə cavab verib:

“Bəli, doğrudur. Önümüzdəki həftə danışıqlara start verəcəyik. Daha sonra Sloveniya Futbol Federasiyasının prezidenti ilə görüşüm olacaq”.

Qeyd edək ki, xorvatiyalı mütəxəssis 2014-cü ildən millimizdə çalışırdı.

Xəbər 1690 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +