Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


16.07.2017  10:12 

“Marsa insan göndərmək üçün...” - NASA





A+  A-

NASA astronavtları Mars planetinə göndərməyə vəsaitinin olmadığını bildirib.
XəzərNews.az Technote-yə istinadən xəbər verir ki, bu barədə NASA-nın pilotlaşdırma proqramları üzrə departamentinin rəhbəri Bill Gerstenmaier bildirib.

Son 5 il ərzində NASA, ictimaiyyəti insanların Marsa uçacaqlarına inandırırdı. NASA təmsilçilərinin sözlərinə görə Mars planetinə uçuşlar artıq 2030-cu ildə reallaşdırılacaq. Gələcəkdə Mars planetinə uçuş isə “Space Launch System” raketi və Orion kosmik gəmisi vasitəsilə reallaşdırılacaq.

ABŞ-ın Aeronavtika İnstitutu rəhbərliyinin iclası zamanı NASA-nın pilotlaşdırma proqramı departamentinin rəhbəri Bill Gerstenmaier bildirib ki, qurum Mars planetinə astronavt göndərmək üçün lazımi vəsaitə sahib deyil. Reallıq ondan ibarətdir ki, Space Launch System raketinin və Orion kosmik gəmisinin istehsalı külli miqdarda vəsait tələb edir. NASA isə astronavtları, Mars planetinin səthinə endirəcək və daha sonra Orion kosmik gəmisinə geri qaytaracaq sistemin hazırlanması üçün yetərli vəsaitə sahib deyil. Bundan əlavə olaraq Marsa uçuşdan öncə Aya uçuşun yenidən təkrarlanması barədə mübahisələr də səngimək bilmir.

Qeyd etmək lazımdır ki, Aya uçuş proqramı da külli miqdarda vəsait tələb edir. “Əgər biz, Ayda suyun olduğunu aşkar etsək, onda biz Yer kürəsinin peykinin müşahidə olunması üçün daha böyük proqramı reallaşdırmaq istəyirik. Bunun üçün bizim Deep Space Gateway adlı Ay stansiyamız var” – deyə Bill Gerstenmaier bildirib. Lakin o etiraf edib ki, hətta Ay proqramına belə, vəsait ayrılmayıb. Hesablamara əsasən Space Launch System raketinin Aya bir dəfə uçuşu, 1 milyard dollara başa gələcək.

NASA-dan fərqli olaraq özəl şirkətlərin Mars üzrə planları daha optimistikdir. Belə ki, “SpaceX” şirkətinin CEO-su Elon Musk, bu ilin sentyabrında şirkətinin Mars planeti üzrə olan planları haqqında məlumatların paylaşacağını bildirmişdi.

Xəbər 1423 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +