Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


18.11.2020  17:52 

Bu gündən istiliyin verilməsinə başlanıldı - RƏSMİ





A+  A-

“Azəristiliktəchizat” ASC ölkə ərazisində istehlakçıların istiliklə təmin edilməsində yaranan problemi həll edib.
XəzərNews.az bildirir ki, bunu Modern.az-a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin şöbə müdiri Rafiq Əliyev deyib.

O bildirib ki, istiliyin verilməsinin yubanmasının səbəbi bəzi texniki məsələlər olub: "Bəzi qazanxanalara qaz verilmədiyi üçün həmin ərazilərdəki bina və obyektlər istiliklə təmin edilməmişdi. Bu gün günortadan sonra həmin problem həllini tapdı və ərazilərə istiliyin verilməsinə başlandı. Bu gün axşam və ya sabah səhər saatlarına qədər bütün ərazilərə istilik veriləcək".

R. Əliyev bildirib ki, ümumilikdə 559 qazanxananın 160-ı noyabrın 15-dən işə salınsa da, bəzi səbəblərdən digər qazanxanaların fəaliyyəti bərpa edilməmişdi: "İşləməyən qazanxanaların bəziləri təhsil müəssisələrinin qazanxanalarıdır ki, həmin qazanxanaların hazırda işləməsinə ehtiyac yox idi. Amma bundan başqa da bəzi ərazilərdəki qazanxanalar fəaliyyətə başlamamışdı. Qazanxanaların fəaliyyətində heç bir nasazlıq yox idi, sadəcə qazın verilməsində problemlər var idi, o da həll edildi".

Qeyd edək ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlanılır. 2020-2021-ci illər payız-qış mövsümü ərzində Cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə 3 870 yaşayış binası, o cümlədən 182 minə yaxın mənzil, 287 məktəb, 159 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 1 950 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Xəbər 2678 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +