Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


25.04.2018  14:17 

Kəndliləri təhqir edən Laləni hansı cəza gözləyir?





A+  A-

Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Əhmədoğlu metropoliten rəsmisinin kənd camaatı ilə bağlı qalmaqallı paylaşımına hüquqi baxımdan şərh verib.
XəzərNews.az-ın məlumatına görə, Ə. Əhmədoğlu sosial şəbəkədə bildirib ki, əslində məsələ bəsit deyil: “Bəlli bir sosial qrupu ayrıseçkiliyə məruz qoymaq, onları toplumda əlverişsiz vəziyyətə gətirmək yaxud bunu təşviq etmək hüquqi baxımdan yolverilməzdir və nifrət nitqi hesab olunur.

Ayrıseçkilik sadəcə milli, irqi, etnik, dini aspektdə qarşımıza çıxmır, sosial, mədəni aspektdə də qarşımıza çıxır. Bu səbəblə, Cinayət Məcəlləsinin 283.1-ci maddəsinə görə bu cinayət hesab olunur.

Məcəllədə deyilir ki, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar sürətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə-səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Onun sözlərinə görə, insanları sosial qrup fərqinə görə (şəhərli-kəndli, yaxud kəndçi, yerli-qaçqın, köçkün) ayıraraq, onların hüquqlarını istifadə etməyə məhdudiyyət təklif etmək, (gedin kəndinizə metro rahatlasın, yaxud "pik saatda" kəndçilər kəndində olsa problem yaranmaz və s. kimi) yaxud üstünlüklər müəyyən etmək (kəndçilər olmasa şəhərlilər şəhəri təmiz saxlayardı, metro təmiz qalardı və s. kimi) qadağandır və bunların kütləvi informasiya vasitəsi ilə edilməsi (facebook KİV haqqında qanunun 3-cü madəsnə görə KİV hesab edilir) suçdur:

“Bu tip ifadələrə yol verməyin, bunu etməyin! Ayrıseçkilik olan ifadələrin feysbukda (o cümlədən digər sosial mediada) yayılması prokurorluğun cinayət işi başlamasına əsasdır. Bunu da Cinayət Prosessual Məcəllə deyir”.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayeva sosial şəbəkədə kəndliləri təhqir etmişdi.

Xəbər 2111 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +