“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü
XİN-dən Paşinyana cavab
Məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ
Sərnişin avtobusunda təhlükəli anlar yaşandı: Rəsmi qurumdan reaksiya gəldi - VİDEO
Ermənistandan İrana daha iki zərbə


22.04.2017  10:37 

Mətbuatı günahlandırmaq yanlışdır - Baş redaktorlardan ETİRAZ





A+  A-

Son zamanlar medianı, o cümlədən jurnalistləri hədəf almaq demək olar ki, adi hala çevrilib. Cəmiyyətdə baş verən problemlərin artma səbəbi kimi media göstərilir.
Məsələn, bir də görürsən kimlərsə sosial şəbəkədə yazır: “Mətbuat intihar hadisələrini bu qədər işıqlandırmasaydı, belə hallar artmazdı”. Və bu statusun altına düzülən şərhlərin müəllifləri başlayırlar media nümayəndələrini asıb-kəsməyə...
Bəs problemlərin artmasında medianı günahlandırmaq nə dərəcədə düzgündür?
“Hadisələrin kökündə sosial faktorlar dayanır”

XəzərNews.az xəbər verir ki, APA Holding-in rəhbəri Vüsalə Mahirqızı Modern.az-a bildirib ki, media hansısa problemin yaranmasında iştirak etmir.
“Medianın funksiyası problemləri işıqlandırmaq və məsələləri hədəfə çıxarmaqdır. Fikrimcə, media hansısa problemin yaranmasında iştirak etmir. Müəyyən hadisələr mediada öz əksini tapmasa, problemlər artmaz kimi fikir də yanlışdır. Hadisələrin kökündə müəyyən sosial faktorlar dayanır. Bu təhsil problemi və ya ictimaiyyətdə olan aqressiya ola bilər.
Medianın cəmiyyətə kifayət qədər təsir etmə imkanı var. Amma hesab etmirəm ki, sabah media intiharlarla bağlı xəbərlər yaymasa və ya boşanmalarla bağlı məsələni müzakirə etməsə, evlilik proqramları olmasa, insanlar şad-xürrəm yaşayacaqlar. Bu məsələlərdə media bir az daha peşəkar ola bilər. Bəzi media qurumlarında təşviqedici məqamlar da olur. Buna baxmayaraq, mediaya yönələn qınaqların əksəriyyəti haqsızdır”.

“İnformasiyanı cəmiyyətdən gizlətmək olmaz”

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı medianı günahlandıranların düzgün istiqamət tutmadığını qeyd edib.

“Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin bir kəlamı var: “Hər bir vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsun”. O, hələ Qrb mətbuatının tam formalaşmadığı dönəmdə jurnalistlərə bunu tövsiyyəsi edirdi və biz də buna əməl etməliyik. Bu gün cəmiyyətdə baş verənlərlə bağlı jurnalisti və medianı günahlandırmaq düzgün deyil. Cəmiyyətdə nə baş verirsə, o, mətbuatda öz əksini tapmalıdır. Boşanmaların, intiharların sayının artmasında və ya digər problemlərin yaranmasında medianın rolu o qədər də böyük deyil. Belə ittiham irəli sürən insanlar bəlkə də bu cür xəbərlərin verilməsinə qarşı çıxanlardır. Lakin informasiyanı cəmiyyətdən gizlətmək olmaz. O zaman media öz funksiyalarını itirmiş olar”.


A.Aşırlı deyir ki, məsələnin yaradıcılıq və peşə tərəfləri də var:


“Yəni mətbuatın maarifçilik missiyasını unutmaq olmaz. Məsələn, intiharlar baş verirsə, bunun doğru olmadığı cəmiyyətə təlqin edilməlidir. Dini, psixoloji, sosial tərəfləri haqqında məlumat verilməlidir. Azərbaycan qapalı cəmiyyət deyil. Bu, sovet dönəminin jurnalistikasına xas xarakter idi. Cəmiyyətdə baş verənləri elə cəmiyyətin özündən gizlətməklə yalan mətbaut formalaşdırırdılar. Əlbəttə, biz bu cür mətbuat tipindən uzun müddətdir ki, imtina etmişik. Cəmiyyətin strukturları hələ yerində olmaya bilər. Belə məsələlərdə mətbuatı hədəf götürmək doğru deyil. Bunun heç bir əsası da yoxdur”.

“Mətbuat ailə münasibətlərinə mənfi təsir göstərə bilməz...”

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev düşünür ki,ölkədəki bütün problemlərin kökünü mətbuatda axtarmaq yanlışdır.
“Son vaxtlar bununla bağlı tendensiyalar müşahidə olunmağa başlayıb. Bu və ya digər sahələrdə problemi olanlar mətbuatı günahlandırır. Bu düzgün yanaşma deyil. Biz media ictimaiyyəti olaraq peşəkar müstəvidə mətbuat problemləri ilə bağlı müzakirələr aça bilərik. Zaman-zaman sosial şəbəkələrdə, mətbuat səhifələrində bununla bağlı fikirlər səsləndirilir, münasibətlər bildirilir, təkliflər edilir. Ölkədəki bütün problemlərin kökünü mətbuatda axtarmaq yanlışdır. Mətbuat ailə münasibətlərinə mənfi təsir göstərə bilməz.
Mətbuatın əsas funksiyalarından biri maarifləndirməkdir. Bu gün Azərbaycan mətbuatı ictimai qınağın formalaşması, milli-mənəvi dəyərlərin qorunması, ölkənin üzləşdiyi problemlərin həlli yolunda müsbət rol oynayır. Mətbuat cəmiyyətin aynasıdır. Yəni yazılan müxtəlif hadisələr cəmiyyətdə yaşanan problemlərdir. Problemlər mətbuat işıqlandırır deyə yaranmır”.

Xəbər 1692 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +