Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi
Bəşir Süleymanlının həbs müddəti uzadıldı
Rusiya Paşinyanı devirmək üçün... - Yerevana ordu göndərir
Sabah ölkə ərazisində 38 dərəcə isti olacaq


19.06.2025  11:15 

Ermənistan blokada ərəfəsindədir - Politoloq





A+  A-

“Gürcüstan vasitəsilə Ermənistanın logistikasında problemlər artmaqdadır. Bu Rusiyanın Ermənistana olan iddialarından irəli gəlirdi. Bəzən Ermənistan Gürcüstanın qarşısında siyasi cəhətdən əsaslandırılmamış mövzuları qaldırırdı. İran ümumilikdə “Cənubiqafqaz koridoru” adı ilə “İran-Ermənistan-Gürcüstan koridoru” yaratmaq istəyirdi”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu qeyd edib ki, iki spikerin Telavidə (Gürcüstan) müzakirəsi Tbilisidə narahatlıq yaratmışdı.

“Son dövrlərdə İsrailin İrana hücumu da İran tərəfindən Ermənistanın logistikasında problemlər yaratdı:

1. Ermənistanın İran ərazisi vasitəsilə daşıdığı yüklərin həcminin gözlənildiyindən çox olduğu üzə çıxdı. Xüsusilə Ənzəli limanı vasitəsi ilə Rusiya ilə əlaqələrdə böyük dinamika var imiş. Sadəcə bu rəqəmlər üzə çıxmırmış.

2. İran Ermənistana da qarşı yaxşı münasibətdə olmayıb. Erməni yük maşınları İran ərazisində hərəkət edərkən növbədə daha çox dayanırmışlar. Burada əsas məqsəd iranlı sürücülərin prosesə cəlb olunması imkanlarını genişləndirmək olub”.

Politoloq qeyd edib ki, hazırda İran müharibə vəziyyətindədir, İsrailin İranda hansı ərazini bombalayacağı bəlli deyil:

“İranda yaşayan ermənilərin Ermənistana axını tədricən başlayır, logistika tamamilə dayanıb. Belə vəziyyətdə “Taşir” qrupunun başçısı Samvel Karapetyanın həbs olunması Ermənistandan Rusiyaya gedən yüklərin, xüsusən mövsümi meyvə-tərəvəzin nəqlinə ciddi problemlər yaradacaq.

Yaxında Türkiyədə R.T.Ərdoğan Ermənistan Baş naziri ilə görüşəcək. Ondan əvvəl Azərbaycan Prezidenti İ.Əliyevlə də görüş olacaq. Üçtərəfli görüş də ola bilər. Zəngəzur koridoru və Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtmasında ciddi dönüş əldə oluna bilər. Tarixi problemlərin, o cümlədən İrəvanın Ermənistana verilməsinin müzakirəsi başlana bilər.

Ən vacibi Ermənistanın Azərbaycan və Türkiyə tərəf dönməsidir. Bu dönmə ilk olaraq Azərbaycanla münasibətləri normallaşdırmaqdan başlanmalıdır. Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaması onun üçün çox böyük problemə çevrilə bilər. Çünki Türkiyə vasitəsilə Ermənistanın Rusiyaya çıxması mürəkkəbdir. Amma Azərbaycan vasitəsilə birbaşa Rusiyaya çıxa bilər. İndi də Ermənistanda kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz daşıması mövsümüdür. Bazar yalnız Rusiyadır. Ermənistanın kənd əhalisi illik qazancını əldə etdiyi dövrdür. Ermənilərin Azərbaycan vasitəsilə Rusiyaya çıxışı çox aktualdır”.


Xəbər 1225 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +