Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


29.06.2017  10:09 

“Whatsapp” bunu da etdi





A+  A-

"Whatsapp"-da bir neçə ildir ki, gözlənilən funksiya bu yaxınlarda istifadəyə veriləcək.
XəzərNews.az "ölkə.az"-a istinadən xəbər verir ki, kiməsə göndərib sonradan peşman olduğunuz "kaş ki, göndərməsəydim"-dediyiniz məsələlər artıq tarixə qovuşacaq. Bunun qarşısını almaq üçün isə "Whatsapp" istifadəçilərinin cəmi 5 dəqiqəsi olacaq.

"Whatsapp" şirkəti "iPhone", "Android" və "Windows Phone" cihazlarından göndərilən bir mesajın necə geri qaytarıla biləcəyini açıqlayıb. Açıqlamaya əsasən "Geri qaytar" funksiyası ilə bir qrup və ya şəxsi mesajlaşma ekranında göndərilən mesajı geri qaytarmaq mümkün olacaq.

Amma bunu qısa bir müddət ərzində həyata keçirmək lazımdır. Göndərilən mesajı geri qaytarmaq üçün maksimum 5 dəqiqə vaxtınız var. Əks halda, mesajı geri qaytarmaq mümkün deyil. Əməliyyatın uğurlu keçməsini isə ekrana çıxan "mesaj geri qayıtdı" cümləsi ilə anlamaq mümkündür.

Mesajı geri qaytarmaq üçün isə "Android"-də mesaja toxunub basılı saxlayın, sonra isə "Menyu" düyməsinə- "Geri qaytar"a toxunun. "iPhone" və "Windows Phone"da isə mesaja toxunub basılı vəziyyətdə saxlayın. Sonra isə "Geri qaytar" düyməsinə toxunun.

Əməliyyat uğurla başa çatsa, geri qaytardığınız mesaj söhbətdən silinir. Eyni şəkildə bir söhbətdə "mesaj geri qaytarıldı" yazısı görsəniz, bu göndərənin mesajı geri qaytardığı mənasına gəldiyini bildirir.

Xəbər 1302 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +