Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


17.05.2021  17:11 

Lavrov da Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən danışdı





A+  A-

“Moskva İrəvan və Bakıya demarkasiya məsələsində kömək etməyə hazırdır”.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Syerra- Leonenin xarici işlər naziri Devid Fransis ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

“Bircə dəfə də olsun atəş açılmayıb, orada atışma baş vermədi. Oturduq, sakitcə bu vəziyyəti necə həll edəcəyimiz barədə razılığa gəldik. Bizdən kömək istədilər, hərbçilərimiz bu köməyi göstərdilər, razılaşma əldə edildi. Adi olmayan, bununla belə sakitcə tənzimlənə bilən bir məsələdə emosiyalarla oynamaq üçün bir səbəb görmürəm”, - deyə Lavrov qeyd edib.

O, Rusiyanın demarkasiya prosesində tərəflərə lazım olan dəstəyi göstərməyə hazır olduğunu da qeyd edib.

“Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə gəlincə, Azərbaycan tərəfi hadisədən sonra anlaşılmazlığın olduğu və ən əsası delimitasiya və demarkasiya ediləcək sərhədin olmaması ilə bağlı açıqlamalar verib. Heç kim, heç vaxt bununla məşğul olmayıb. Tərəflərə təklif etdik ki, bu işlərə başlasınlar, həm kartoqrafik material, həm də konsultasiya xidmətləri göstərərək onlara kömək etməyə hazırıq”, - deyə Rusiya XİN rəhbəri əlavə edib.

Xəbər 2035 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +